Diş daşı - diş ətində qıcıqlandırıcı təsir göstərən və dişlərin dibinə toplanan sərt çöküntü. Tərkibi kalsium-fosfat və qismən kalsium-karbonatdan, habelə müxtəlif üzvi maddələrdən ibarətdir. Diş boynunda olur, diş protezlərinə qulluq etmədikdə onun üzərində də toplanır.
Diş daşı qalınlaşdıqda diş əti gicişir, qanayır, iltihaba (gingivit) səbəb olur. Bəzən diş laxlayır, ağızdan kənar olur.
Profilaktikası: dişləri hər gün yumaq, diş həkiminə vaxtaşırı müraciət etmək.
Kariyes - (lat. caries - çürümə) - sümük toxumasının, yaxud dişlərinin tədricən dağılması ilə nəticələnən patoloji proses. Sümük toxumasının kariyesi, əsasən sümükdə və ya sümük üstlüyündə gedən distrofik, yaxud infeksion proseslərdən törəyir; sümük defektinə (xora) və nekrozuna səbəb olur. Kariyes bir sıra spesifik iltihabi proseslərdə (vərəm, sifilis) də müşahidə olunur. Kariyesin inkişaf mexanizmi, klinik gedişi müxtəlif olub, əsasən, onu törədən səbəblərdən asılıdır.
Kəskin iltihabi proseslər (məs., osteomielit) zamanı sümükdə baş verən irinli ocaqlar bəzən ətrafdakı toxumalara da keçir və ümumi intoksikasiyaya səbəb olur, sümüyün dağılması tez başa çatır. Xronik proseslərdə (xüsusilə spesifik proseslərdə) kariyes yavaş inkişaf edir. Müalicəsi dərmanlarla (antibiotiklər, sulfanilamid preparatları) və spesifik (vərəm və sifilis əleyhinə) aparılır. Çox vaxt cərrahi əməliyyat yaxşı nəticə verir.
Kariyes ən çox yayılmış diş xəstəliyidir. Kariyesin səbəbi təmamilə aydınlaşdırılmamışdır. Dişın sərt toxumasının zədələnməsinə görə kariyesin başlanğıc (ləkə dövrü), səthi, orta və dərin olur. Ləkə dövründə dişin minasında ağ, qəhvəyi və ya qara ləkə əmələ gəlir, ağrı olmur; səthi kariyesdə dişin minası çürüyür, boşluq yaranır; orta kariyesdə mina tamamilə, dentinin isə bir hissəsi çürüyür. Şirin, turş, duzlu qida yedikdə ağrı verir; dərin kariyesdə proses güclənir, ağrı şiddətlənir.
Profilaktikası: Dişləri vaxtında müalicə etmək, dişlərin formalaşması və minerallaşması dövründə (bətndaxili inkişafın 4-5-ci ayından 11 yaşa kimi) xüsusi tədbirlər görmək.
Diş xəstəlikləri - dişin sərt və yumşaq toxumalarının xəstəliyi. Xarici təsirlər (mexaniki zədə, kimyəvi maddələr, fiziki faktorlar) və bəzi xəstəliklər (mədə-bağırsaq xəstəlikləri, maddələr mübadiləsinin pozulması və s.). Diş xəstəliklərinə səbəb ola bilər.
Ən çox yayılmış diş xəstəlikləri - dişin kariyesi, pulpit, diş kökünün ətraf qişasının xəstəlikləri (periodontit) və s. Çürüyən dişi vaxtında müalicə etmədikdə onda oyuq dərinləşir və infeksiyanın diş özəyinə (pulpaya) keçməsinə səbəb olur (pulpit), bu da adətən, diş kökünün qişası, çənə sümük üstlüyünün iltihabı (periostit), sənə sümüyünün irinləməsi (osteomielit) kimi ağırlaşmalarla, hətta qanın zəhərlənməsi (sepsis) ilə nəticələnir. Diş əti və diş yuvalarının patoloji prosesləri də diş xəstəliklərinə daxildir.
Vüqar Qurbanov
Baxış sayı:298
Oktyabr 19, 2007 21:26 tarixində, medical tərəfindən,
Tibbi məlumatlar bölməsində yazılib.
Şərhlər(1)


Salam sizə uğurlar və demək istəyirəm ki siz mənim saytımı yerləşdirə bilərsiz təşəkkürlər !!!
bir də ki mən sizi yeni açılmış catımıza dəvət edirəm buyurun ziyaret edin
http://some.azeriblog.com
chat1.azeriblog.com
Oktyabr 19, 2007 23:09