Reklam verin!

dnt

İnsan klonlaması mübahisələri davam edərkən bu dəfə genetikası dəyişdirilib, xəstəliklərdən uzaqlaşdırılan uşaqların 3 il sonra dünyaya gələcəyi məsələsi ortaya atıldı. Gen mühəndisləri bizə 800il vəd edir.


İnsan klonlaması mübahisələri davam edərkən bu dəfə genetikası dəyişdirilib, xəstəliklərdən uzaqlaşdırılan uşaqların 3 il sonra dünyaya gələcəyi məsələsi ortaya atıldı.
İngilis alimləri Newcastle Universitetində iki qadın və 1 kişi DNT-sində 10 insan embrionu meydana gətirməyi bacardılar. Alimlər bu üsulla diabet, karlıq, korluq kimi xəstəliklərə çarə tapılacağına ümid edirlər. Bu kimi xəstəliklərin anadan uşağa keçməsi mitaxondridəki xəstlikli DNT ilə anadan uşağa keçir. “Mitaxondridə transplant” adı verilən bu zaman ərzində İVF üsulu ilə mayalanma gerçəkləşdirilir. Daha sonra bir günlük olan DNT yerindən alınaraq bir donor yumurtaya qoyulur. Bu sayədə uşaq DNT-ni ana, ata və xəstəliksiz mitaxondri DNT-ni yumurta donorundan almış olur.

İngilis mütəxxəsisləri göbələklərin genlərini dəyişdirərək bitkinin ömrünü 10 qat uzatmağı bacardılar.
Araşdırmacılar bunu əsəs göstərərək insanın da 800 yaşına qədər yaşaya biləcəyini müdafiə edirlər.
Bəzi mütəxxəsislərin fikrinə görə isə bir insan ən çox 120 yaşına qədər yaşaya bilər. Ölümsüzlük... İnsan oğlunun var olmağından bu yana arxasınca qaçdığı xəyal. Elm dünyası bu günə qədər yaşlanmanın təsirlərini azaldan, ömrü uzadan müxtəlif araşdırmalala qarşımıza çıxmışlar. Bir qrup İngilis alimləri göbələkdə apardıqları dəyişikliyi insan üzərində də apararaq ömrün 10 qat artırılmasını mümkün hesab edirlər. Lakin alimlər arasında da fikir ayrılığı mövcuddur. Belə ki, alimlərin bəziləri bunu real hesab etmirlər.

Məlumat azerxeber.com-dan alınmışdır.


Baxış sayı:133     Fevral 22, 2008 21:50 tarixində, medical tərəfindən, Xəbərlər bölməsində yazılib.   Şərhlər(0)

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha